“Yahoo!” 4,8 milyard dollara satıldı

ABŞ-ın “Verizon Communications İnc.” şirkəti “Yahoo!”nun 4,8 milyard dollara satın alınması barədə razılıq əldə olunduğunu təsdiqləyib.

iONLINE-ın xəbərinə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. “Verizon”un bu gün sövdələşmə barədə rəsmi açıqlama verməsi gözlənilir.

“Yahoo!”nun daşınmaz əmlakının və intellektual mülkiyyətinin aktivlərinin satışı isə ayrılıqda həyata keçiriləcək.

“Yahoo!”nun Çinin “Alibaba Group” və Yahoo! Japan Corp.“ şirkətlərində malik olduğu payı saxlamaq istədiyi bildirilir.

Share on LinkedInShare on FacebookTweet about this on Twitter

Comments are closed.