“iPhone”lara “App Store”dan Troyan virusu yayılır

“Palo Alto Networks” şirkəti “Apple” cihazlarına DRM-mexanizmin zəifliyi sayəsində ziyan vuran yeni virus aşkar edib.

iONLINE.az-ın “runews24.ru” saytına istinadən məlumatına görə, Troyan virusu “iPhone”a daxil olur və təşkilatın sertifikatlarını keçərək, gizlin olaraq proqramlar yükləyir.

“AceDeceiver” “FairPlay” “dəliyini” istifadə edən və iOS cihazlara zərə verən ilk virusdur.

Qeyd edilir ki, ziyanverici proqramların yayılması üçün belə sistem ilk olaraq “App Store” onlayn mağazadan istifadə olunub. Hakerlər “App Store” əlavəsini əldə edir, qeydiyyat nömrəsini ələ keçirir. Məhz bundan sonra da “iTunes” müştərisinin davranışını imitasiya edərək, cihazı yanlışlıqlara yol verməyə məcbur edən proqram yaradırlar.

Share on LinkedInShare on FacebookTweet about this on Twitter

Comments are closed.