Hansı texnoloji şirkətin rəhbəri daha çox sevilir?

Anket tərtib etməsi ilə tanınan Morning Consult saytı bu dəfə  texnoloji şirkətlərin rəhbər (CEO)  vəzifəsində olan insanların nə qədər sevildiyini müəyyən edən anket hazırlayıb.

Xeberler.az sayta istinadən məlumat verir ki, anketdə ümumi olaraq 1935 nəfər iştirak edib.

Sorğuda iştirak edənlərin əksəriyyəti Facebook-un CEO-su  Mark Zuckerberg-ə səs verib.

Anketdə “ Ən çox sevilən  CEO” sualı ilə yanaşı, “ Ən çox nifrət edilən CEO” sualı  da qoyulub.

Qeyd edək ki, “Ən çox nifrət edilən CEO” sualında da ən çox səs Marka verilib. Bu faizləri toplayanda  Mark Zuckerberg həm ən çox sevilən, həm də nifrət edilən rəhbər kimi müəyyənləşib.

Hər iki anketin nəticəsinə görə, Amazon-un CEO-su Jeff Bezos  lider olub, daha sonra siyahıda ardıcıl olaraq  Google-un CEO-su  Larry Page,  Microsoft CEO-su Satya Nadella və  SpaceX şirkətinin ortaq qurucusu Elon Musk  yer alıb.

Morning Consult-ın təşkil etdiyi  digər anketdə fərdi məlumatların paylaşıldığı təşkilatlardan hansının daha etibarlı olduğu açıqlanıb.

Bu anketin nəticələrinə görə, ən çox güvənilən Social Security Administration  (İctimai Təhlükəsizlik Təşkilatı) təşkilatıdır.

II sırada Amazon, III sırada Apple, IV  isə IRS olub.

Anketdə Facebook sonuncu olan Uber-dən bir pillə əvvəldə, yəni  XI ci sırada  yer alıb.

Share on LinkedInShare on FacebookTweet about this on Twitter

Comments are closed.