Rubik kubikini 1 saniyəyə yığdı . . .

Robot hər kəsin “kubik-rubik” kimi tanıdığı Rubik kubikini 1 saniyəyə yığaraq dünya rekordu vurub.

Məlumat üçün bildirək ki, bundan əvvəlki rekord insana məxsus idi – 5 saniyə.

Konstruktorlar Rubik rubikini cəmi 0,887 saniyəyə yığan, dünya rekordunu vuran və bununla da Ginnesin Rekordlar Kitabına düşən robot yaradıblar.

Dünyanın ən populyar başsındırma oyunlarından biri olan Rubik kubikinin açarı cəmi 1 saniyəyə tapılıb. Əvvəl bu kubikin yığılmasında istisnasız rekord 5 saniyə və onun müəllifi insan idisə, hazırda isə şəriksiz çempion robot olub.

İndi bəşər övladı süni intellektli mexaniki əl icad olunmayınca, çətin ki, maşının rekordunu yeniləyə bilsin. Ona görə də hələlik robotun möhtəşəm işini və çevikliyini izləmək qalır.

Share on LinkedInShare on FacebookTweet about this on Twitter

Comments are closed.