“Apple” və “Microsoft” rəhbərləri Donald Tramp-ı təbrik edib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın “Apple” və “Microsoft” rəhbərləri ilə telefon danışığı olub.

D. Tramp “The New York Times” qəzetinin kollektivi ilə görüşündə bildirib ki, Tim Kuk və Bill Geyts ona telefon edərək təbriklərini çatdırıblar.

Qeyd edək ki, T. Kuk seçkidə Hillari Klintonu dəstəkləyib və onun kampaniyasına maddi dəstək verib. D. Tramp seçki kampaniyası zamanı bildirmişdi ki, “Apple” şirkətini istehsalı ABŞ ərazisinə köçürməyə məcbur edəcək.

Share on LinkedInShare on FacebookTweet about this on Twitter

Comments are closed.