ABŞ-ın iri hüquq şirkətlərinə kiberhücum
Naməlum haker qrupu ABŞ-ın iri hüquq şirkətlərinə kiberhücum həyata keçirib.
iONLINE-ın “The Wall Street Journal” nəşrinə istinadən yaydığı məlumata görə, hücuma məruz qalanların arasında nüfuzlu “Cravath Swaine & Moore” və “Weil Gotshal & Manges” şirkətləri də var. Bu firmalar məhkəmə çəkişmələrində və çoxmilyardlı müqavilələrin bağlanıldığı danışıqlar zamanı ölkənin aparıcı banklarının və şirkətlərinin maraqlarını təmsil edir.
Federal Təhqiqatlar Bürosu və Baş Prokurorluq araşdırma aparır. Şəxsiyyəti məlum olmayan hakerlərin konkret hansı gizli məlumatları əldə etdikləri bəlli deyil.