Milyondan artıq “Google” akkauntu “Gooligan” virusu ilə sındırıldı
“Gooligan” adlanan virus əlavələr qrupu bir milyondan artıq “Google” akkauntunu sındırıb.
“svopi.ru” saytına istinadən məlumatına görə, virus hücumuna “Android” bazasında çalışan smartfonların sahibləri məruz qalıb.
“Check Point” şirkətinin mütəxəssislərinin məlumatlarına əsasən, virus hücumu istifadəçilərin öz smartfonlarına qeyri-rəsmi əlavələrin yüklənməsi vasitəsilə baş verib. Tədqiqatçılar 80-dən artıq belə zərərverici əlavə hesablayıblar. Bu yolla hakerlər “Google”da qeydiyyatdan keçmiş 1,3 milyon akkaunta çıxış əldə ediblər.
Artıq hakerlər istifadəçilərin çoxlu sayda əlavələrində olan məxfi məlumatlarından istifadə edə biləcəklər. “Google” şirkətinin nümayəndələri isə ziyan görmüş istifadəçilərə bununla bağlı bildirişlər göndəribr və onların qeydiyyat məlumatlarını geri çağırıb.
Mütəxəssislər smartfon istifadəçilərini ancaq “Google Play Store”dan əlavələr yükləməyə çağırırlar.