Hakerlərin yeni hədəfi: biometrik məlumatlar
İldən-ilə insanın biometrik məlumatlarının skan olunması yolu ilə təsdiq edilən maliyyə əməliyyatlarının populyarlığı artır.
İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən verdiyi məlumata görə, bir neçə ildən sonra belə tranzaksiya (pul köçürmə) variantlarına daha çox rast gəlinəcək və bu, hakerlərin yeni hədəfi ola biləcək.
“Juniper” şirkətinin analitik məlumatlarına görə, bir neçə ildən sonra insanın biometrik məlumatlarının skan olunması ilə yolu ilə təsdiq edilən maliyyə əməliyyatlarının populyarlığı daha da artacaq. Hazırda belə təcrübədən hər kəsə tanış olan iki şirkət – “Apple” və “Samsung” istifadə edir. O da bütün ölkələrdə deyil.
Belə bir vasitənin populyarlığının artması tam proporsional olaraq hakerlərin bu növ tranzaksiyalara marağını da artırır. Mütəxəssislər hesab edir ki, biometrik məlumatların sızması daha ciddi və təhlükəlidir, nəinki digər şəxsi məlumatların sızması. Ona görə də belə məlumatlar bədniyyət insanların əlinə keçsə, bundan zərər çəkənləri daha ağır təhlükə gözləyir. Ona görə də bu cür maliyyə əməliyyatlarının təsdiqi və şəxsi məlumatların saxlanılmasına olduqca diqqətlə yanaşmaq lazımdır.