Hamının işləmək istədiyi 11 İT şirkət – REYTİNQ
“LinkedIn” şirkəti ABŞ-da populyar olan şirkətlərin illik reytinqini açıqlayıb.
İKT.lent.az-ın “Internetua”ya istinadən xəbərinə görə, məlumatlar şirkətlər və sosial şəbəkə üzvləri arasında aparılan milyonlarla yazışmaya əsaslanır.
“100 ən çox tələb olunan işəgötürən” reytinqində şirkətin böyüklüyü və onun “LinkedIn” istifadəçiləri arasında populyarlığı nəzərə alınır.
Siyahı həmçinin şirkətlərin fəaliyyət sahəsinə görə kateqoriyalara bölünür. Bu il populyarlığına görə mütləq lider informasiya texnologiyaları (İT) sahəsi olub. Belə ki, bütün ən populyar şirkətlərin 29 faizi məhz bu sahəni təmsil edir.
On bir ən populyar İT şirkət sırasına “Google”, “Apple”, “Facebook”, “Microsoft”, “Amazon”, “General Electric”, “Twitter”, “Adobe”, “Yahoo!”, “Salesforce”, “Cisco” daxildir.