Hansı texnoloji şirkətin rəhbəri daha çox sevilir?
Anket tərtib etməsi ilə tanınan Morning Consult saytı bu dəfə texnoloji şirkətlərin rəhbər (CEO) vəzifəsində olan insanların nə qədər sevildiyini müəyyən edən anket hazırlayıb.
Xeberler.az sayta istinadən məlumat verir ki, anketdə ümumi olaraq 1935 nəfər iştirak edib.
Sorğuda iştirak edənlərin əksəriyyəti Facebook-un CEO-su Mark Zuckerberg-ə səs verib.
Anketdə “ Ən çox sevilən CEO” sualı ilə yanaşı, “ Ən çox nifrət edilən CEO” sualı da qoyulub.
Qeyd edək ki, “Ən çox nifrət edilən CEO” sualında da ən çox səs Marka verilib. Bu faizləri toplayanda Mark Zuckerberg həm ən çox sevilən, həm də nifrət edilən rəhbər kimi müəyyənləşib.
Hər iki anketin nəticəsinə görə, Amazon-un CEO-su Jeff Bezos lider olub, daha sonra siyahıda ardıcıl olaraq Google-un CEO-su Larry Page, Microsoft CEO-su Satya Nadella və SpaceX şirkətinin ortaq qurucusu Elon Musk yer alıb.
Morning Consult-ın təşkil etdiyi digər anketdə fərdi məlumatların paylaşıldığı təşkilatlardan hansının daha etibarlı olduğu açıqlanıb.
Bu anketin nəticələrinə görə, ən çox güvənilən Social Security Administration (İctimai Təhlükəsizlik Təşkilatı) təşkilatıdır.
II sırada Amazon, III sırada Apple, IV isə IRS olub.
Anketdə Facebook sonuncu olan Uber-dən bir pillə əvvəldə, yəni XI ci sırada yer alıb.