iPhone və iPad-lərə necə pulsuz musiqi yükləmək olar?
iPhone və iPad-lərə internet vasitəsilə musiqi yükləmək digər telefonlar kimi sadə üsulla olmur.
Bunun üçün xüsusi iTunes proqramı var ki, Apple istifadəçiləri bu proqramın köməyi ilə kompüterdən pulsuz musiqi yükləyə bilir.
iTunes vasitəsilə Apple məhsullarına ödənişsiz musiqi yükləmək üçün əvvəlcə iTunes proqramını kompüterinizə yükləməlisiniz. Əgər kompüterinizin sistemi 64 bit-dirsə, həmin proqramı buradan yükləyə bilərsiniz.
Proqramı kompüterinizə yüklədikdən sonra həm iPhone və ya iPad-inizdə, həm də kompüterinizdə eyni iTunes hesabı ilə daxil olursunuz. İstədiyiniz musiqini kompüterinizdən sürüşdürüb musiqi bölməsinə ata bilərsiniz.
USB vasitəsilə telefonunuzu kompüterinizə bağladıqdan sonra proqramın yuxarı hissəsində iPhone və ya iPad işarəsi görünəcək.
Telefonunuz haqqında bütün məlumatları əks etdirən bu hissəyə daxil olub, musiqi bölməsini seçirsiniz. Burada “bütün musiqiləri yüklə” və “işarələdiklərini yüklə” seçimləri olacaq.
Hansı sizə uyğundursa, onu seçib, aşağıda yerləşən “tətbiq et” əmrini yerinə yetirirsiniz.
Beləliklə istədiyiniz musiqini telefonunuza ödənişsiz olaraq yükləyə bilirsiniz.
Bundan əlavə ödənişsiz musiqi yükləmə proqramlarından da istifadə etmək mümkündür.