“Wi-Fi”la divarın o tərəfindəki qonşunu görmək olacaq – SENSASİYA

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda çalışan tədqiqatçıların hazırladığı sistem “Wi-Fi” texnologiyası vasitəsilə divarın arxasındakı insanı “görməyə” imkan verir.

İKT.lent.az-ın “Theverge.com”a istinadən xəbərinə görə, bu xüsusi proqram insan siluetinin tanınması üçün göndərilən və qəbul edilən “Wi-Fi” siqnallarındakı fərqdən istifadə edir.

“RF-Capture” adlı qurğu məkanda insanın fiqurunu və bədən hərəkətlərini 90 faiz dəqiqliklə tanıyır. Cihaz həmçinin divarın arxasındakı qonşu otaqda yerləşən 15 insanı müəyyən edə və fərqləndirə bilir. Tədqiqatçılar əldə olunan təsvirin keyfiyyətinin yaxşılaşması üzərində işləyirlər.

Share on LinkedInShare on FacebookTweet about this on Twitter

Comments are closed.