“Pokemon Go” bir aya 200 milyon dollar gəlir əldə edib
“Pokemon GO” oyunu bazara çıxdığı ilk 30 gün ərzində 200 milyon dollardan çox gəlir əldə edib.
iONLINE-ın “runews24.ru” saytına istinadən məlumatına görə, bununla da bu oyun 30 gündə 120 milyon dollar toplamış “Clash Royal” oyununu geridə qoyub.
“SensorTower” şirkəti “Pokemon GO” və tarixdə ən uğurlu mobil oyunlardan biri olan “Candy Crush Soda Saga” nəticələrini də müqayisə edib. Ancaq “Soda Saga” oyunu bazara çıxdığı ilk ay ərzində cəmi 25 milyon dollar toplaya bilib.
İyulun 6-da Amerika Birləşmiş Ştatları, Kanada və Avstraliyada istifadəyə verilən “Pokemon GO” oyunu “Apple” mağazalarında da ilk yeri tutur. Yaponiya və digər ölkələrdə isə bu mobil oyun üç həftə sonra istifadəyə verilib.